Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

Daxili İşlər nazirlyinin 40 milyonluq hesabatı


Azerbaijan -- Ramil Usubov, Minister of Internal Affairs of Azerbaijan, 15Jun2012

Azerbaijan -- Ramil Usubov, Minister of Internal Affairs of Azerbaijan, 15Jun2012

-
Daxili İşlər Nazirliyi ötən il təhlükəsizlik sisteminin qurulmasına, rabitə və kommunal xidmətlər, avtomobilə qulluq, dərman ləvazimatları, tibbi avadanlıqlar, təmir və mebel təchizatı üçün 40 milyon manatdan çox vəsait xərcləyib.

Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, 2013-cü ildə nəqliyyat vasitələrinə xidmət 9 milyon manata başa gəlib.

DİN-in rabitə xərcləri təxminən 900 min manat olub. Polis orqanları elektrik enerjisi istifadəsi üçün 2 milyondan artıq vəsait xərcləyib.

Ölkədaxili və ölkəxarici rabitə xərcləri nazirliyə 1 milyon manata başa gəlib.
DİN təhsil alan tələbələr üçün 431 min manat təqaüd ödəyib.

“Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi”nin genişləndirilməsinə 5 milyon, Bakı və Sumqayıt şəhərlərində əlavə olaraq videomüşahidə kameralarının, “Nömrətanıma”, “Qırmızı işıq”, “Surətölçmə” və “Qoşa xətt” sistemlərinin quraşdırılmasına 3 milyon manat xərclənib.

Nazirlik “Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi”, “Elektron sənəd dövriyyəsi”, “102 polisə zəng mərkəzi sistemi”, “Kadr informasiya sistemi” və “İnzibati Xətalar sistemi” kimi layihələrə xidmət göstərilməsi xidmətinə 2 milyon manatdan artıq vəsait sərf edib.

Daxili işlər orqanlarının Virtual Tədris Sisteminə qoşulması üçün avadanlıqların alınmasına isə 1 milyon manat xərclənib.

DİN bildirir ki, ötən il Gəncə şəhərində videomüşahidə kameralarının quraşdırılması 800 min manata başa gəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG