Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

Xətaidə əhalinin pulsuz tibbi müayinəsi keçirilir


-
Xətai rayonundakı 38 nömrəli şəhər poliklinikasında əhalinin pulsuz tibbi müayinəsi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən ölkə ərazisində əhalinin pulsuz tibbi müayinəsinə başlanıb.

Məlumatı AzərTAc yayıb. Bildirilir ki, hazırda Bakının Xətai rayonundakı 38 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin tibbi müayinəsi keçirilir.

Respublika üzrə əhalinin sağlamlığının qorunması və xəstəliklərin erkən aşkarlanması məqsədi ilə keçirilən müayinələr mart ayının 1-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG