Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:29
-
Bu gün Misirdə devrilmiş prezident Mohammed Morsinin yeni məhkəməsi başlayır. O, casusluqda ittiham olunur.
Morsi və daha 35 nəfər Misirdə terror aktı törətmək məqsədi ilə xarici təşkilatlarla əlbir olmaqda günahlandırılır.
İstintaqın versiyasına görə, Morsi Fələstinin Həmas, Livandakı "Hizbullah” şiə qruplaşması və İranın “İslam İnqilab Keşikçiləri Korpusu" ilə əməkdaşlıq edib.
Morsinin günahı sübut olunsa, onu ölüm cəzası gözləyir.
Misirin eks-prezidenti bundan başqa digər cinayət işlərində - 2012-ci ilin dekabrında Qahirədə nümayişçilərin qətlində təhrikçilikdə, məhkəmə hakimiyyətini təhqir etməkdə də ittiham olunur.
Morsi və onun tərəfdarları onlara qarşı irəli sürülmüş ittihamların siyasi motivlərlə bağlı olduğunu bildirir.
Misirin eks-prezidenti 2013-ci ilin iyulunda hakimiyyətdən uzaqlaşdırılıb. O vaxtdan həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG