Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:16

Ocalan tərəfdarları və Türkiyə polisi arasında toqquşma olub


Abdullah Ocalan 15 il əvvəl həbs edilib. Foto (Arxiv)

Abdullah Ocalan 15 il əvvəl həbs edilib. Foto (Arxiv)

PKK lideri Abdullah Ocalan-ın həbsinin 15 illiyi Türkiyənin Cizre şəhərində onun tərəfdarları və polis arasında toqquşmalarla qeyd olunub.

Etirazçılar iğtişaş polisinə yandırıcı şüşələr və daş atıblar, polis kütləni dağıtmaq üçün suatanlardan istifadə edib.

Türkiyənin başqa şəhərlərində də kürdlər “həbs yubileyi”ni qeyd ediblər. Lakin bu yerlərdə zorakılıqlar baş verməyib.

Buna baxmayaraq, Diyarbakırda iğtişaş polisinin qüvvələri yerləşdirilib.
Ocalan-nın tərəfdarları onun azad olunmasını tələb edirlər.

O 1999-cu ildə ölüm cəzasına layiq görülüb, lakin sonradan bu hökm ömürlük həbs cəzasına dəyişdirlib.

Ocalan ABŞ, Türkiyə və Avropa İttifaqında terrorçu təşkilat kimi qeydiyyatdan keçirilmiş PKK – Kürdüstan İşçi Partiyasının banisidir.

O, artıq kürdlər üçün müstəqil dövlət tələbindən əl çəkdiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG