Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:57

Hər dörd amerikalıdan biri Yerin Günəş ətrafında dövrə vurduğunu bilmir


Milli Elm Fondunun (National Science Foundation) yeni araşdırmasına görə amerikalıların 26 faizi Nicolaus Copernicus-un 1543-ci ildə etdiyi və Yerin Günəş ətrafında dövrə vurduğunu təsdiqləyən kəşfdən xəbərsizdir.

Yeni araşdırmanın nəticələri Elmin Tərəqqisi Amerika Assosiasiyasının illik konfransında elan edilib.

Bu sorğuda iştirak edən 2000 nəfərə fizika və biologiyaya aid suallar verilmişdi.
“Yer Günəşin ətrafında dövrə vururmu?” – sualına iştirakçıların 26 faizi düzgün cavab verə bilməyib.

Rəyi soruşulanların 48 faizi insanın daha qədim canlılardan təkamül yolu ilə yaranmasından xəbərdar olduğunu bildirib. İştirakçıların 39 faizi kainatın “böyük partlayışdan” yarandığına dair sualı düzgün cavablandırıb.

Araşdırma göstərib ki, ABŞ-da astrologiyaya inanların sayı artmaqdadır.
Amerikalıların təxminən yarısı astrologiyanı elm hesab edir.

Müqayisə üçün Çində adamların 92 faizi astrologiyanı elm hesab etmir.
XS
SM
MD
LG