Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27
Cəvahirat oğruları dünyasında məşhur qruplardan “Pink Panther”-in (Çəhrayi bəbir) üzvü olmaqda şübhəli şəxs Madriddə həbs edilib.

33 yaşlı Borko Ilincic 2007-ci ildə Dubayın bir cəvahirat mağazasından 11 milyon dollar qiymətində zinət əşyalarının oğurlanmasında şübhəli bilinir.

O saxta Bosniya pasportu gəzdirsə də, polis onun milliyyətcə serb olduğunu bildirib.

“Pink Panther” əksəriyyəti Balkanlardan olan oğruların beynəlxalq şəbəkəsidir.

İnterpolun məlumatına görə bu banda 1999-cu ildən bəri 35 ölkədə 340 quldurluq əməli törədib və onların oğurladığı ləl-cəvahiratın ümumi dəyəri 450 milyon dollar civarında təxmin edilir.

Bununla belə onlara “Pink Panthers” adını 2003-cü ildəki oğurluqdan sonra London polisi verib.

O vaxt polis üz kremi qabında almaz üzük tapmışdı.

Məşhur ingilis komediyası “Çəhrayı bəbir”in seriyalarından birində də buna bənzər üsuldan istifadə edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG