Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:01

Ukrayna müxalifəti tutduğu binaları boşaltmaq istəmir


-
Ukrayna müxalifəti Kiyevin mərkəzində zəbt etdiyi inzibati binalardan çıxmaq fikrində deyil.

Belə bir bəyanatla fevralın 15-də Ukrayna parlamentindəki «Batkivşina» müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuk çıxış edib.

Hazırda həbsdə olan keçmiş baş nazir Yulia Tymoshenko Qərbi Viktor Yanukovych hökumətinə hər hansı maliyyə yardımı ayırmamağa çağırıb. O, ayrılacaq pulun diktaturanın möhkəmlənməsinə sərf olunacağını deyib.

Bir gün əvvəl Kiyevdəki xalq müqavimət qərargahı baş prokurordan fevralın 17-si saat 15:00-dək aksiya iştirakçılarına qarşı bütün cinayət işlərinin bağlanmasını tələb edib.

Baş prokuror da müxalifəti amnistiya şərtlərini yerinə yetirməyə çağırıb.
XS
SM
MD
LG