Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:00

Obama Suriyada müharibənin tezliklə bitəcəyini gözləmir


Barack Obama və II Abdullah
Barack Obama və II Abdullah
-
Vaşinqton humanitar vəziyyətin yaxşılaşdırılması üçün Suriya hakimiyyətinə təsir göstərə biləcək «qısamüddətli tədbir» görmək imkanlarına baxır.

Bunu fevralın 14-də Kaliforniyada İordaniya kralı II Abdullah-la görüşündə ABŞ prezidenti Barack Obama bəyan edib.

Obama deyib ki, o, Suriyadakı münaqişənin yaxın zamanlarda həll olunacağını gözləmir.

Fevralın 15-də Cenevrədə BMT və Ərəb ölkələri liqasının Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi-nin vasitəçiliyi ilə Suriya hakimiyyəti ilə müxalifət arasında sülh danışıqlarının ikinci raundu başa çatır.

Bir gün əvvəl münaqişə tərəfləri danışıqlar prosesinin dalana dirəndiyini bəyan ediblər.

Suriya müxalifəti prezident Bashar al-Assad-ın istefasını və keçid hökumətinin yaradılmasını tələb edir. Suriya hakimiyyəti isə təkid edir ki, danışıqlar terrorizmlə mübarizə istiqamətində aparılsın.

Lakhdar Brahimi iki tərəf arasında birbaşa dialoqun yaradılmasına nail ola bilməyib. O, hökumət və müxalifət nümayəndələri ilə ayrı-ayrılıqda danışıqlar aparıb.
XS
SM
MD
LG