Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:08

Prezident ad günündə Arif Paşayevə «İstiqlal» ordeni verdi


Arif Paşayev Mehriban Əliyevanın atasıdır.

Arif Paşayev Mehriban Əliyevanın atasıdır.

-
Prezident İlham Əliyev akademik Arif Paşayevin «İstiqlal» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda onun «İstiqlal» ordeni ilə Azərbaycanda səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif edildiyi bildirilir.

Arif Paşayev prezident İlham Əliyevin qayınatası, həm də Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin qardaşıdır.

1934-cü ildə Bakıda anadan olan Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib. 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. 1996-cı ildən «Azərbaycan Hava Yolları» Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

Fevralın 15-də onun 80 yaşı tamam olur.
Azerbaijan -- President Aliyev`s children with their grandfather Arif Pashayev, undated

Azerbaijan -- President Aliyev`s children with their grandfather Arif Pashayev, undated


​«İstiqlal» ordeni Azərbaycan vətəndaşlarına milli-azadlıq hərəkatındakı müstəsna, dövləti və xalqı qarşısında xüsusilə görkəmli, milli-dövlət quruculuğu işlərində isə xüsusi xidmətlərinə görə verilir.

«İstiqlal» ordeninin təsis olunması haqqında 370 saylı qanunu 1992-ci il noyabrın 10-da prezident Əbülfəz Elçibəy imzalayıb.

«İstiqlal» ordeni ilk dəfə 1995-ci ildə şair Xəlil Rza Ulutürk, Məmməd Araz və Bəxtiyar Vahabzadəyə verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG