Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:07

Heydər Əliyev mərkəzlərində dərslər keçiləcək


-
Heydər Əliyev mərkəzlərində XI sinif şagirdləri üçün «Müstəqil Azərbaycan tarixi» mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, fevral-may aylarında tədris olunacaq dərslərin əsas məqsədi şagirdlərə müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsindən ibarətdir.

Bildirilir ki, bu dərslər eyni zamanda, şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

Heydər Əliyev mərkəzlərində dərs deyəcək müəllimlərin, dərslərin mövzuları və qrafikin əvvəlcədən müəyyənləşdirildiyi, müəllimlərə kömək məqsədilə müvafiq tezis və tövsiyələr hazırlandığı bildirilir.
XS
SM
MD
LG