Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:34

ABŞ Ukraynada tutulanların buraxılmasını alqışlayır


-
Amerika Birləşmiş Ştatları Ukraynada həbs olunan nümayişçilərin azad olunmasını və müxalifətin tutduğu hökumət binalarını tərk etməsini alqışlayır.

Belə bir bəyanatla fevralın 14-də ABŞ Dövlət Departamenti çıxış edib.

Bəyanatda deyilir ki, Ukrayna hakimiyyətinə inanın yaranması üçün hakimiyyət «Avromaydan» iştirakçılarına, nümayişçilərə və fəallara qarşı izləmə, həbs və cinayət işi açılmasını dayandırmalıdır.

«Ukraynada gərginliyin azaldılması üçün ölkədə real səlahiyyətləri olan, baş verən hadisələrin məsuliyyətini öz üzərinə götürə və Ukrayna xalqının rəğbətini qazana biləcək çoxpartiyalı hökumət formalaşdırılmalıdır» - deyə bəyanatda qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG