Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

Yəməndə silahlılar həbsxanaya basqın edib 29 məhbusu qaçırdılar


Xəbər verilir ki, Yəməndə silahlı dəstə həbsxana yaxınlığında partlayış törədərək 7 nəfəri öldürmüş və yaranan xaosda 29 məhbusu azad etmişlər.

Ağır silahlanmış dəstənin azad etdiyi dustaqların bir çoxu terrorçuluq ittihamları ilə məhkum edilənlərdir.

Həbsxanadan qaçırılmış 29 nəfərdən 19-u əl-Qaedaya bağlı qiyamçılar olub.

Rəsmilər bildiriblər ki, qaçanların arasında Yəmən prezidenti Abed Rabbo Mansour Hadi və Qərb diplomatlarına sui-qəsd hazırlayanlar da var.

Atışma nəticəsində öldürülənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarlıdır.
XS
SM
MD
LG