Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:00
İspaniya Mərakeşdən onun ərazi sularına üzüb keçməyə çalışan miqrantlara plastik güllələrlə atəş açıldığını etiraf edib.

Hadisə nəticəsində azı 12 nəfərin suda boğulduğu bildirilir.

Bundan əvvəl İspaniyanın Mülki Sahil Mühafizəsi bu faktı danmışdı.

Mobil telefona çəkilmiş süjetdə güllə səsləri aydın eşidilir.

İspaniyanın Daxili İşlər Nazirliyi bildirir ki, onun öz videosu var və orada keşikçilərin atəş açmasının adekvat tədbir olduğu görünür.

Nazirlik bildirir ki, güllələr birbaşa üzənlərə atılmayıb.

Son vaxtlar Mərakeşdən İspaniyaya keçməyə can atanların arasında çox sayda Suriya qaçqını da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG