Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:33

Uruqvay prezidenti ABŞ və Avropanı marixuana barədə düşünməyə çağırıb


Uruqvay prezidenti José Mujica
Uruqvay prezidenti José Mujica
Prezident José Mujica deyib ki, marixuana üçün böyük bazar olan ölkələr ondan istifadənin tənzimlənməsi yollarını müzakirə etməlidirlər.

Onun fikrincə, marixuananı birmənalı qadağan etməkdənsə, alternativ yollar axtarmaq və onun nizamlanmış satışına icazə vermək lazımdır.

Uruqvay bu yaxınlarda çətənənin istehsalınlı və satışını leqallaşdırıb.

78 yaşlı, keçmiş partizan José Mujica deyib ki, narkotiklər üçün böyük bazar olan ölkələr qadağandan başqa vasitələr barədə də düşünməlidirlər.

Cənab Mujica ABŞ-ın bəzi ştatlarında marixuananın leqallaşdırılmasını “şəksiz təkamül” adlandırıb.

ABŞ-da Vashinqton və Kolorado ştatları çətənəni leqallaşdırsa da, federal qanunlar dəyişməyib.

Uruqvayın yeni qanunu vətəndaşlara ildə altı ədəd marixuana əkməyə və lisenziyalı əczaxanalardan ayda 40 qram miqdarında bu narkotikdən almağa imkan verir.

Prezident deyib ki, Uruqvayın hazırda etdiyi qarantiyasız eksperimentdir.
XS
SM
MD
LG