Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46
-

Məşhur italyan aktrisası, “Rokko və onun qardaşları”, “Leopard” kimi filmlərdə çəkilmiş Claudia Cardinale Azərbaycana səfər edib.

“Üns” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə Bakıda onunla görüş keçirilib.

Görüş aktrisanın məşhur filmlərdə yaratdığı rollardan fraqmentlərin nümayişi ilə başlayıb.
Claudia Cardinale

Claudia Cardinale


Kinorejissor Ayaz Salayev aktrisanın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib.

Görüş Claudia Cardinale ilə müsahibə formasında davam edib.

Aktrisa 1938-ci ildə Tunisdə anadan olub.

1957-ci ildə ölkənin ən gözəl qadını seçilib və Venesiya kinofestivalına dəvət alıb.

O, Lukino Viskonti və Federiko Fellini kimi əfsanəvi rejissorların filmlərində baş rolları ifa edib.

1960-70-ci illərin seks simvollarından sayılıb.

Daha sonralar isə aktrisanın İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni ilə çəkildiyi “Yaraşıqlı Antonio”, Alen Delonla birlikdə rol aldığı “Rokko və onun qardaşları”, eləcə də “Leopard”, “Böyük Ayının dumanlı ulduzları”, “İnteryerdə ailə portreti” kimi filmlər onu Avropa kinosunun ulduzuna çevirib.

Aktrisa tamaşaçıları maraqlandıran sualları da cavablandırıb.

Görüşdə prezidentin xanımı Mehriban Əliyeva da iştirak edib.

/AzerTAc/



Günün bütün mövzuları

XS
SM
MD
LG