Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:46

Oskanian: "Ermənistan Azərbaycan kimi hərəkət edə bilərdi"


Vartan Oskanian

Vartan Oskanian

Ermənistanın sabiq xarici işlər naziri Vartan Oskanian prezident Serzh Sarkisian-ın Gömrük İttifaqı ilə bağlı qərarını tənqid edib.

Onun fikrincə, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulması ölkənin iqtisadi inkişafını məhdud çərçivəyə salacaq.

“Ermənistan balaca ölkədir. Ölkənin inkişafı yalnız böyük ixrac həcmi və xarici sərmayələrə bağlıdır. Gömrük İttifaqına qoşulmaqla biz bu qapını öz üzümüzə bağlamışıq. ” – deyə Oskaian Yerevanda bildirib.

Onun fikrincə, hökumətin bu məsələdə gətirdiyi arqument, yəni Gömrük İttifaqına qoşulmasının Ermənistanın nəhəng Rusiya bazarına çıxmasına xidmət edəcəyi fikri ilə razılaşmır.

Oskanian deyib ki, Ermənistan və Rusiya arasında onsuz da MDB çərçivəsində azad ticarət rejimi mövcuddur.

O hesab edir ki, Ermənistan Gömrük İttifaqına girmədən həm də Avropa Birliyi ilə azad ticarət rejiminə keçə bilərdi. Bu, ölkə üçün daha münasib seçim olardı.

Oskanian düşünür ki, Ermənistan Gömrük İttifaqına öz səhvi ucbatından gedib düşüb. Halbuki Ukrayna, Azərbaycan və Orta Asiya ölkələri kimi Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan yayına bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG