Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:47

Baş prokuror İsmayıllıda məhbus valideynləri ilə görüşüb...


İsmayıllı rayon Prokurorluğu

İsmayıllı rayon Prokurorluğu

-
Fevralın 14-də Baş prokuror Zakir Qaralov İsmayıllı rayonunda qəbul keçirib. Görüşdə İsmayıllı hadisələrinə görə həbs edilənlərin valideynləri də iştirak edib.

İsmayıllı məhbusu Elşən Qurbanovun atası Valod Qurbanov deyir ki, görüşdə Baş prokurordan övladlarının azadlığa çıxması üçün kömək istəyiblər.

«BAŞ PROKUROR HƏM VƏD VERDİ, HƏM DƏ...»

Məhbus Elşən İsmayıllının atası Səməd İsmayıllı isə deyir ki, Baş prokuror onlara söz verib ki, Respublika rəhbərliyi səviyyəsində tutulanlara güzəşt olunacaq:

«Eyni zamanda prokuror qeyd etdi ki, məhkəmənin işinə qarışmaq, müdaxilə etmək hüququmuz yoxdur. Məhkəmə gedir, hər şey ədalətlə həll olunacaq. Düzdür, sözlər yaxşı deyildi. Ancaq məhkəmənin bilavasitə iştirakçısıyıq. Məhkəmədə 86 nəfər şahid dindirilib, onların 72 nəfəri ilkin istintaqa verdiyi ifadələrindən imtina edib. Hətta ifadələrindən imtina edənlərin içində polis əməkdaşları da var. Bundan başqa, orada videogörüntülər göstərildi, ittihamların heç biri təsdiqini tapmır, amma məhkəmə davam edir. Prokurorluğun oradakı nümayəndələri absurd ittihamlar irəli sürürlər. Beş dəqiqə çəkən görüşün keyfiyyəti nə ola bilər? Cəmi bizi beş dəqiqə qəbul elədi. Baş prokuror mülayim danışırdı, vəd verdi ki, güzəşt olunacaq. Amma eyni zamanda elan elədi ki, cəza da olacaq».

«QƏBUL YÜKSƏK SƏVİYYƏDƏ OLUB»

Rayon prokurorluğundan isə bildirirlər ki, qəbul yüksək səviyyədə keçirilib. Baş prokurorla görüşmək üçün təxminən yüz nəfərə yaxın şikayətçi İsmayıllı şəhərinə gəlib. Onların hamısı da qəbul olunub. Görüşdə İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Ağsu və Kürdəmir rayonlarından gələn şikayətçilər qəbul edilib.

İSMAYILLIDA NƏ BAŞ VERİB

2013-cü il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbi ilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.

Şərhləri göstər

XS
SM
MD
LG