Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

Məktəbdə dava olub


-
Fevralın 14-də İmişlidə 2 saylı məktəbin yaxınlığındakı yeməkxanada düşən dava məktəbin həyətində davam edib.

Yeməkxanada mübahisələri yaranan müştəri və ofisiant arasında dava düşüb. Onlardan biri əlinə balta alaraq digərini qovmağa başlayıb. Qacan şəxs məktəbin həyətinə girib. Bu zaman onlara mane olmaq istəyən məktəb işçisi xəsarət alıb.

Rayon təhsil idarəsinin əməkdaşı Şükür Rəhimov faktı təsdiqləyib və bildirib ki, dava salanlar polisə aparılıb.

İmişli polis İdarəsindən isə AzadlıqRadiosuna bildirdilər ki, onlara belə bir məlumat daxil olmayıb.
XS
SM
MD
LG