Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:52

«Xanımı naxçıvanlı olan Sultan Əl-Hittab Naxçıvandan yazır...»


İlandağ

İlandağ

-
Şərq qapısı - 14.02. 2014

İordaniyanın “Əl-Uruba” xəbər portalı Naxçıvan haqqında

Naxçıvan izolyasiyadan çıxaraq müasir sivilizasiyada öz yerini tutmuşdur.
Sultan Əl-Hattab İordaniyanın məşhur jurnalistlərindən biridir. O, 2011-ci ildə Azərbaycan haqqında “Azərbaycan, Xəzərin gəlini, neft səltənəti adlı kitab yazmışdr. 2014-cü il fevralın 9-da İordaniyanın “Əl-Uruba” xəbər portalında jurnalist Sultan Əl-Hattabın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş “Naxçıvan izolyasiyadan çıxaraq müasir sivilizasiyada öz yerini tutmuşdur” adlı məqaləsi dərc olunmuşdur. Qəzetimizin bugünkü nömrəsində həmin məqalə ilə oxucuları tanış edirik:

"Məni Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə ayrılmaz bağlar bağlayıb, çünki mənim 32 illik həyat yoldaşım məhz bu qədim diyarın yetirməsidir. Mən onunla İordaniyada tanış olmuşam, bu hadisə o zaman Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi kimi İordaniyada təcrübə keçməyə gələrkən baş vermişdir. SSRİ zamanı Naxçıvana əcnəbilərin gediş-gəlişi çox mürəkkəb və çətin bir proses olmasına baxmayaraq, mən Naxçıvana getməyə nail oldum. Sovet imperiyası dağıldıqdan və Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu qədim türk torpağını daha sərbəst şəkildə ziyarət edə bildim.

Onu da qeyd etmək istərdim ki, İran, Türkiyə və Ermənistanla həmsərhəd olan Naxçıvan 1988-ci ildən sonra ermənilərin apardığı işğalçı siyasət nəticəsində blokada vəziyyətinə düşmüş, Azərbaycanın digər bölgələri ilə quru yolla əlaqələri kəsilmişdir. Mən 90-cı illərin sonunda Naxçıvanda oldum və Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşdüm…"
XS
SM
MD
LG