Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:59

Bakı şəhər Prokurorluğu ötən gün paytaxtda baş verən partlayışların səbəblərini açıqlayıb


Yanacaqdoldurma məntəqəsində partlayış
Yanacaqdoldurma məntəqəsində partlayış
-
Fevralın 13-də baş vermiş partlayışlarla bağlı Bakı şəhər prokurorluğu açıqlama yayıb.

Məlumatda deyilir ki, Xətai rayonunda yerləşən «Lukoil Azərbaycan» QSC-nin yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Partlayış yanacaq məhsullarının saxlanılması üçün nəzərdə tutulan yeraltı dəmir çənlərdə təmir işləri aparılan zaman baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Prokurorluq bildirir ki, ilkin araşdırmaya görə, partlayışın neft məhsullarının qapalı mühitdə buxarlanmasından yaranan təhlükəli hava-qaz qarışığının alışmasından baş verməsi ehtimal olunur.

Binəqədi rayonunda yarımçıq tikilinin zirzəmisində baş verən digər olayla bağlı isə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluğun ilkin ehtimalına görə, burda partlayışın səbəbi qaz sızması olub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, avtomobil, yaşayış binası və ticarət obyektlərinə zərər dəyib.

Bakı şəhər Prokurorluğu bildirir ki, hər iki olayın baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə cinayət işləri üzrə zəruri ekspertizalar təyin edilib. Hazırda istintaq tədbirləri aparılır.
XS
SM
MD
LG