Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:12

ATƏT-in koordinatorunun adı açıqlanıb


-
ATƏT-in Bakıda layihə koordinatoru vəzifəsinə fransalı Aleksis Şaxtaxtinski (Alexis Chahtahtinsky) təyin edilib.

ATƏT-in yaydığı məlumatda deyilir ki, layihə koordinatoru Bakıda öz işinə bu il martın 1-dən başlayacaq.

Aleksis Şaxtaxtinski bildirib ki, «Azərbaycan hökuməti ilə inam və qarşılıqlı hörmətə söykənən» işinə başlamağı səbisizliklə gözləyir:

«Yeni mandatıma müvafiq olaraq mən eyni zamanda hökumətlə, qeyri-hökumət təşkilatları, universitetlərlə, tədqiqatçı institutlarla, yerli hakimiyyətlərlə münasibətdə olacam. ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək, komandamın üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı üzrə layihələrin icrası ilə təşkilatın prinsip və öhdəliklərini təşviq edəcəyik».

Aleksis Şaxtaxtinski Fransa Xarici İşlər Nazirliyində xüsusi məsləhətçi kimi çalışıb. 20 ildən çox diplomatik karyerası olan Aleksis Şaxtaxtinski xarici ölkələrdə bir sıra vəzifələrdə çalışıb. O, müxtəlif illərdə NATO İnformasiya Ofisinin Moskva bürosunun rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) baş konsulu vəzifələrində çalışıb.

Aleksis Şaxtaxtinski bir vaxtlar Bakıda da çalışıb, o, keçmiş ATƏT-in Bakı ofisinin rəhbərinin müavini olub.
XS
SM
MD
LG