Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:50

Səyavuş Novruzov Fazil Mustafanı üzr istəməyə çağırır


Deputatlar Fazil Mustafa və Siyavuş Novruzov
Deputatlar Fazil Mustafa və Siyavuş Novruzov
-
Milli Məclisin 14 fevral iclasında iki deputat arasında söz savaşı yaşanıb.

YAP icra katibinin müavini Səyavuş Novruzov həmkarı Fazil Mustafanı Azərbaycan xalqını təhqir etməkdə suçlayıb. Səbəb – deputatın «Adamyeyənlər» yazısıdır:

«Bəzi həmkarlım çaşıb Əkrəm Əylislinin yolu ilə gedirlər. Fazil Mustafa da Əkrəmdən heç geri qalmır. Onlar bir oturub-dururlar yəqin. Yəqin, bir-birlərindən məsləhət alıblar».

S.Novruzovun fikrincə, F.Mustafa öz yazısında Azərbaycanda görülən işlərin üzərinə kölgə salır:

«Abadlıq, quruculuq işlərinin üzərinə qara yaxmaq, azərbaycanlıları Afrikanın adamyeyənləri ilə müqayisə etmək heç bir məntiqə sığmır. Bu, ədalətsiz müqayisədir».

YAP-çı deputatın fikrincə, həmkarı həmin yazıda Azərbaycan idmanı haqqında da uyğunsuz fikirlərə yer verib:

«Baxmayaraq ki, idmançılarımız dəfələrlə medallar gətiriblər, Fazil Mustafa Fransa futbol yığmasını tərifləyir. Amma baxsın, orda iki nəfər ağ adam tapsa, mənə nə deyirsə, desin. Dünyanın hər yerində legionerlər var».

Yazıdakı başqa bir məqam da S.Novruzovun diqqətini çəkib:

«Yollar çəkilir, əhalinin təhlükəsizliyi naminə yol kənarlarında divarlar ucaldılır, yeni binalar tikilir. Burda səni narahat edən nədir? Yolların kənarında çəkilən hasarlar əhalinin təhlükəsizliyi və gözəllik üçündür. Bina sökülür, yerində yenisi tikilir. Bu o demək deyil ki, dövlət vəsaiti dağıdılır».

«Tənqid edəndə gərək obyektiv edəsən» deyən S.Novruzov yazı müəllifinin ünvanına kəskin ifadələr səsləndirib:

«Səndə afrikalılara o qədər həvəs yaranıb ki, yenidən Afrikaya gedirsən. Mən bilmirəm ki Afrikada onu nə cəlb edir, nə maraqlandırır? Azərbaycan xalqına bu cür yanaşmağın əleyhinəyəm».

S.Novruzov F.Mustafanı xalqdan üzr istəməyə çağırdı.
Cartoon by Sherif
Cartoon by Sherif

Fazil Mustafa həmkarının bu sözlərini anlamadığını bildirib və deyib:

«Prezident özü qeyd edib ki, ölkənin ən böyük problemlərindən biri korrupsiyadır və bu məsələdə cəmiyyətin aktiv olması əsasdır. Özünü xalqın xidmətçisi hesab edən dövlət başçısından fərqli olaraq, həmkarlarımız özlərini bəzi məmurların xidmətçisi kimi aparırlar.

Korrupsiya hər ölkədə var, amma Allahsızlıq olanda, danışmalıyıq. Bunları söyləmək lazımdır, tənqid dövlətin özünün xeyirinədir. Bu, birbaşa prezidentin göstərişidir ki, çatışmazlıqları göstərmək lazımdır. Ona görə də yazıya bu cür reaksiya vermək anlaşılmazdır».
XS
SM
MD
LG