Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:04

Yeni tikilən binaların tüstü bacaları yoxdur


Yeni tikilən binaların 70 faizində tüstü bacaları yoxdur. Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin iclasındakı çıxışında bildirib. Məsələ ilə bağlı ilk olaraq deputat Qənirə Paşayeva vətəndaşların şikayətlərini səsləndirib. Millət vəkilinin dediyinə görə, yeni tikilən binalarda ev alan və ora köçən sakinlər qazsız yaşamalı olurlar:

“Bu binalara elektrik çəkilir. Su verilir. Sakinlər digər kommunal xidmətlərdən istifadə edirlər, amma qaz verilmir. Çox saylı belə şikayətlər alırıq”.

Buna cavab olaraq spiker Oqtay Əsədov məsələni araşdırdığını və səbəbini üzə çıxartdığını deyib: “yeni tikilən binaların 70 faizində tüstü-baca sistemi yoxdur. Ona görə də həmin binalara qaz verilməsi problemdir. Təsəvvür edin, əgər qaz verilsə, nə boyda partlayış ola bilər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG