Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Pakistan polisi cinayət işi açıb


Pakistan polisi Karaçidə polislərin ölümü və yaralanması ilə nəticələnən partlayışa görə, Pakistan taliblərinin lideri haqqında cinayət işi açıb.

Fevralın 13-də Kəraçidə polislərin olduğu avtobus partladılıb. Nəticədə ən azı 12 nəfər ölüb, 50 nəfərə yaxın adam xəsarət alıb.

Məlumata görə, taliban rəhbəri və onun mətbuat katibinə qətl və terrorizm ittihamı irəli sürülüb.

Bu həftənin əvvəlində Peşavarda taliblərin hücumu nəticəsində ən azı 22 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG