Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı içşilərin maaşlarını ödəməyə çağırıb


Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach və Rusiya prezidenti Vladimir Putin

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach və Rusiya prezidenti Vladimir Putin

Beynəlxalq Olimpiya Komitəsi (The International Olympic Committee-IOC) Rusiya hökumətini Olimpiya tikintilərində çalışan lakin əmək haqlarını ala bilməmiş miqrant işçilərin maaşlarının ödənməsinə çağırıb.

Bu çağırışa cavabında Rusiya hökuməti təsdiq edib ki, Olimpiada tikintilərində çalışmış işçilərin 8 milyon dollar məbləğində maaşları ödənməyib.

İnsan haqları təşkilatı Human Rights Watch bu xəbəri alqışlasa da bildirib ki, hökumət hələlik öhdəliklərinə əməl etməyib.

Təşkilatın məktubunda qeyd olunur ki, İOC Rusiyanın nəzərinə tikintilərlə əlaqədar 5 ildir susuz qalan Axştır kəndinin problemini çatdırıb.

Bununla belə, Olimpiya Komitəsi bildirib ki, HRW-un insan haqları pozuntuları barədə məlumatlarının bəziləri Rusiya hökuməti üçün kifayət qədər aydınlaşdırılmayıb.

Bununla əlaqədar bir çox miqrant işçilərin maaşlarının ödənməsi qeyri-mümkün ola bilər, çünki onlar artıq öz ölkələrinə qayıdıblar.

Axştır kəndinə gəlincə isə, Rusiya hökuməti sakinlərin tələbinə baxılacağını vəd edib. Kəndə mart ayından içməli su veriləcəyi bildirilib.

HRW-nin məktubunda qeyd olunur ki, olimpiya oyunlarına sahibliyin insan haqlarının vəziyyəti pis olan ölkələrə tapşırılması həmişə risklidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG