Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:11
Çinin aya göndərdiyi özüyeriyən qurğu yenidən işini bərpa edib.

Bundan bir gün əvvəl Çin alimləri qurğunun söndüyünü elan etmişdilər.

Şərti olaraq “Ay dovşanı” adlandırılmış qurğu ayın kölgədə olduğu 14 gün ərzində 170 dərəcə şaxtadan keçib və bundan sonra Pekin, aydagəzərin fəaliyyətini tamamilə dayandırdığını elan edib.

Qurğu yerlə kommunikasiya zamanı həm yazılı, həm də səs mesajlarından istifadə edir və qəflətən “dirildikdən” sonra “oralarda kimsə varmı” mesajını göndərib.

Çin kosmik proqramının sözçüsü Pei Zhaoyu Xinhua agentliyinə bildirib ki, aydagəzər həyata qayıdıb və onu bəlkə də xilas etmək mümkün oldu.

Lakin sözçü deyib ki, əsas texniki problem hələ həll edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG