Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Əfqanıstan 65 dustağı azadlığa buraxıb, ABŞ etiraz edir


Baqram həbs düşərgəsi
Baqram həbs düşərgəsi
ABŞ iddia edir ki, Əfqanıstan prezidenti Hamid Karzai-ın Baqram hava limanından azad etdiyi məhbuslar NATO və əfqanların qətlində ittiham edilirdilər.

Əfqanıstan prezidentinin azad etdiyi məhbuslar olduqca təhlükəli döyüşçülərdir.

Lakin Kabul bildirir ki, bu adamlar günahsız olaraq əcnəbi qüvvə tərəfindən uzun müddətdə məhbəsdə saxlanıblar.

Reuters agentliyi xəbər verir ki, Kabulun bu qərarı Əfqanıstanla onun başlıca maliyyə dəstəkçisi ABŞ arasında münasibərtlərə daha bir zərbədir.

Son vaxtlar anti-Amerika ritorikasını gücləndirmiş əfqan prezidenti Talibanla razılaşma əldə etməyə çalışır.

Belə görünür ki, Vaşinqton da Kabulla mükaliməsində tonunu yüksəldib.

Bir sıra ABŞ siyasətçiləri AĞ Evi Əfqanıstana yardımların dayandırılmasına çağırıblar.
XS
SM
MD
LG