Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:56

5-ci sinifdə evdən qaçan məşhur aktrisa


Libuşe Şafrankova "Zoluşka üçün üç qoz" filmində

Libuşe Şafrankova "Zoluşka üçün üç qoz" filmində

-

Azərbaycanda bir neçə nəslin ən sevimli film qəhrəmanlarından olub Zoluşka.

Amma bu, heç də, Zoluşka obrazını canlandırmış gənc qızın çəkildiyi ən uğurlu film deyil.

1973-cü ildə Çexoslovakiyada, sonrasa SSRİ-də ekranlara çıxan “Zoluşka üçün üç qoz” filminin dəcəl qəhrəmanını o dövrdə də, elə indi də çexlərin ən məşhur aktrisası olan Libuşe Şafrankova oynamışdı.

Yəqin az adam bilir ki, Zoluşkanın öz həyatı da kinodakına bənzəyir.

Balaca Libuşenin aktrisa olmaq həvəsi elə güclü idi ki, 5-ci sinifdə evdən qaçmışdı. Praqadakı məşhur Barrandov studiyasına üz tutmuşdu.

“Sadəcə, tramvaya oturub getdim. Mənə elə gəlirdi ki, Praqada bütün yollar kinostudiyaya aparır” – deyə pani Şafrankova xatırlayır.

Qızcığaz Praqada azsa da, axır ki gedib studiyanı tapa bilmişdi.

Onu nəinki içəri buraxmamışdılar, hətta valideynlərinə təhvil vermişdilər:

“Amma bundan sonra daha valideynlərim mənim aktrisa olmaq planlarıma mane olmadılar”.

Gənc aktrisa çalışdığı “Dram klubu” teatrında öz şahzadəsi – aktyor İosif Abrahamla tanış olaraq ailə qurub.

Oğulları İosif də onların yolu ilə gedib və indi Çexiyada tanınmış prodüserdir, seriallar çəkir.

1953-cü il doğumlu Şafrankovanın özü isə çex televiziyasının qeyri-rəsmi kraliçası sayılır, ən populyar seriallarda çəkilir.

Amma “Zoluşka” heç də gəncliyində parlayıb gəncliyində də sönən, bir rolla yaddaşlarda qalan aktrisalardan olmayıb.

Əgər baxmamısınızsa, vaxtınız varsa, onun çəkildiyi “Kolya” filmini də izləyin.

Film iki slavyan xalqı - ruslarla çexlərin mürəkkəb münasibətlərindən bəhs edir.

1996-cı ildə ekranlara çıxmış bu film “Oskar” mükafatı alıb, prokatı uğurlu olub və onu Amerikada və başqa ölkələrdə 3 milyon adam izləyib.
"Zoluşka" 60 yaşını qeyd edir, Çex mətbuatı, 2013

"Zoluşka" 60 yaşını qeyd edir, Çex mətbuatı, 2013

Günün bütün mövzuları

XS
SM
MD
LG