Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47
-

Prezident İlham Əliyev məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üçün sərəncam verib.

Sərəncamda deyilir ki, bu yenilik ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcək.

Sistem işə düşəndən sonra məhkəmələr ərizə, şikayət və digər sənədləri elektron formada qəbul edəcək, məhkəməyə daxil olan işlər hakimlər arasında avtomatlaşdırılmış qaydada bölünəcək, məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəl tərtib ediləcək, məhkəmə prosesində iştirak edən şəxslərə məlumatlar elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılılacaq, məhkəmə prosesləri audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınacaq və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılacaq.

/AzərTAc/

Günün bütün mövzuları

XS
SM
MD
LG