Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57

7 avropalı deputatın Azərbaycandakı seçkilərdə davranışı müzakirə ediləcək


-

Avropa Parlamentində 7 deputatın davranışı müzakirə ediləcək. Onların son prezident seçkilərinə “azad və ədalətli” dedikləri üçün Azərbaycandan rüşvət almaları ilə bağlı şübhələr var.

Bu barədə Euractiv.com xəbər verir.

Bunlar İtaliyadan Pino Arlacchi, Fiorello Provera, Polşadan Filip Kaczmarek, Almaniyadan Joachim Zeller, Bolqarıstandan Evgeni Kiriliv, Rumıniyadan Norica Nikolai və Çexiyadan Milan Cabrnouch-dir.

Seçkiləri müsbət dəyərləndirən bu avropalı deputatlardan fərqli olaraq ATƏT seçkini sərt tənqid etmişdi.

Deputatlar Avropa Parlamentinə səfərləri barədə öz saytlarında məlumat yaymayıblar. Bu isə avropalı parlamentarın yeni davranış kodeksinə ziddir.

Arlacchi bir müddət əvvəl mətbuatın “niyə hesabatınız ATƏT dən fərqlənir” sualına cavab olaraq bildirib ki, “bunu İtaliyanın regiondakı maraqlarını müdafiə etməkdən ötrü edib”.

İtaliyanın ENI və Saipem şirkətləri Azərbaycanın enerji sektorunda çalışır.

Euractiv.com yazır ki, Avropa Parlamenti məsələni müzakirə edib deputatların kodeksi pozduğunu aşkar etsə, onlara qarşı sanksiya tətbiq edə bilər. Həmçinin o da araşdırılacaq ki, deputatlar səfər xərclərindən əlavə olaraq bu işə görə pul da alıblarmı?

Avropa Parlamentinin ötən ilin iyulunda qəbul edilmiş yeni davranış kodeksinə görə, parlamentarlar 150 avrodan çox hədiyyə alarlarsa, bunu öz saytlarında bəyan etməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG