Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:14

Biləsuvarda partlayışda iki nəfər ölüb


-
Biləsuvarda partlayış baş verib.

apa-nın məlumatına görə, hadisə fevralın 12-si saat 16.30 radələrində şəhərin Heydər Əliyev prospektindəki köhnə «Kimya Birliyi» kimi tanınan idarənin həyətində qeydə alınıb.

Naxçıvan sakini Şaiq Cəfərliyə məxsus yanacaq daşıyan qoşqulu «KamAZ»da qaynaq işləri aparılması çənin partlamasına səbəb olub. İki nəfər - sürücü və qaynaqçı hadisə yerindəcə ölüblər. Bir nəfər - Biləsuvar rayon sakini Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Araşdırma aparılır.
XS
SM
MD
LG