Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Bakıda ikinci partlayış: 2 nəfər həlak olub [Video]


Yanacaqdoldurma məntəqəsində partlayış
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
-
Hadisənin şahidlərindən biri AzadlıqRadiosunun müxbirinə bildirib ki, partlayış qoşqulu minik maşınında aparılan qaynaq işi nəticəsində baş verib.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fevralın 13-də Xətai rayonunda təmirə dayanmış «Lukoil» yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

2 nəfərin öldüyü və 1 nəfərin xəsarət aldığı müəyyən olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətindən Trend-ə verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib.

Məlumata görə, partlayış nəticəsində yanğın olmayıb.

Fevralın 12-si səhər saatlarında Bakıda metronun «Azadlıq prospekti» stansiyasının yaxınlığında da yarımçıq tikilidə partlayış baş vermiş, 5 nəfər yaralanmışdı.

Partlayış təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG