Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Özbəkistan prezidentinin Çexiya səfəri təxirə salınıb


 Milos Zeman və Islam Karimov

Milos Zeman və Islam Karimov

Özbəkistan prezidenti İslam Kərimov Çexiyaya rəsmi səfərini təxirə salıb.
Səfər fevralın 20-22-də olmalıydı.Bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

30-dan çox hüquq müdafiəçisi bundan əvvəl Özbəkistanda insan haqlarının pozulmasına görə səfərə etiraz olaraq Çexiya Prezidenti Milosh Zemana açıq məktub göndərmiş, Zeman isə onları ikiüzlülükdə günahlandırmışdı.

Çexiya prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hynek Kmonicek Azadlıq Radiosuna müsahibəsində səfərin təxirə salınmasının bahar bayramlarına görə proqramın dəyişməsi ilə bağlı olduğunu, amma münaqsib vaxt tapılacağını deyib.

İslam Karimov 25 ildir ki, hakimiyyətdədir.O 2005-ci ildə Əndicanda etirazlar yatırılarkən 200-dək nümayişçinin öldürülməsindən sonra Avropaya cəmi 2 dəfə səfər edib.Avropa Birliyi ölkələri buna görə, Özbəkistan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG