Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Şah Abbasın sirri açılır...


-

Gənc yazıçı Kamran Qasımovun "Zero" nəşriyyatında "Mirassız varislər" adlı tarixi mövzuda sənədli detektiv romanı dərc olunub.

Kəskin süjetli romanın mövzusunu Səfəvi hökmdarı Şah Abbasın bu günlərə qədər qorunan sirrinin üzə çıxması, İranın xüsusi xidmət orqanlarının bu sirrin izi ilə Azərbaycana gəlib çıxması və baş verən qanlı olaylardır...

Rəmzkar alim Əyyub Yusifov, İran dövlətini fakt qarşında qoyacaq və Nadir şahın hakimiyyət tarixinin iç üzünü faş edəcək sirri üzə çıxarmaq niyyətindədir.... Əyyub Yusifov Naxçıvana - Ordubadın Came məscidinə doğru yön alır. Amma niyə? İran xüsusi xidmət orqanlarının onu izləməklə məqsədi nədir?

Hər şey, tarixi hadisələrdə həmişə şou axtaran gənc tarixçi Kərim Xalıqovun səfərə gedərkən taksi maşınında yandırılmasından sonra başlanır...

Operativ şöbənin əməkdaşı Leylanın atası Yaqub kişi isə can üstədir. Atası ölüm ayağında ikən, qızına qeyri-adi işarələr cızır. Bundan sonra Leyla köhnə dostu, rəmzkar alim Əyyub Yusifovdan kömək diləyir. Məlum olur ki, Yaqub kişinin cızdıqları işarələr deyil, birbaşa rəmzlərdir və onlar I Şah Abbas Səfəviyə gedib çıxır.

Bazar günü "Zero" Kitab Evində (İstiqlaliyyət 71, Sabir Bağı ilə üzbəüz) saat 13:00-17:00 arası kitabın imza günü keçiriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG