Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:43

Gənclərə diqqətli hökumət? [Video]


-


«Gənclərin Söz Birliyi» İctimai Birliyinin sədri Qurbanəli Ömər və Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas Azərbaycan hökumətinin gənclər siyasətindən danışırlar.

«GƏNCLƏR TƏNQİDİ FİKİRLƏRİNƏ GÖRƏ ŞƏRLƏNİB HƏBS OLUNURLAR»

Əhliman Abbas gənclərə dövlətin qayğısını hiss etmədiyini deyir:

«Dövlətin gənclərə münasibətini orduya, təhsilə, gənclərin sosial şəraitinə nəzər yetirərək görmək olar. Orduda özbaşınalıq hökm sürür. Təhsildə rüşvət baş alıb gedir. İntihar halları artıb...».

«Gənclər tənqidi fikirlərinə görə şərlənib həbsə atılırlar. Ömər Məmmədov xaricdə təhsil alan, savadlı, intellektual, vətənpərvər gəncdir. Onun şərlənib həbs olunması nə dərəcədə doğrudur? Sosial şəbəkələrdə gənclərin profilləri, səhifələri izlənilir. Belə halda gənclərə hansı dövlət qayğısından danışmaq olar?».

«DÖVLƏTİN BÜTÜN STRUKTURLARININ GƏNCLƏRƏ QAYĞISI GÖZ ÖNÜNDƏDİR»

Qurbanəli Ömər hesab edir ki, bütün sahələrdə gənclərə qayğı və diqqət göz önündədir:

«Dövlətin gənclərlə bağlı xüsusi siyasəti var. Gənclər fondu yaradılıb. Gənclərin layihələri dövlət tərəfindən dəstəklənir. Dövlətin bütün strukturlarının gənclərə qayğısı ortadadır. Gənclərlə bağlı dövlət proqramları gerçəkləşdirilir. Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün şərait yaradılır. Problemlər bütün ölkələrdə var. Dövlət bu problemləri həll etməyə çalışır...».

«Azərbaycanda internet azadlığı var. Sosial şəbəkələrdə gənclər nə istəyirlər yazırlar, onlara müdaxilə olunmur. Bəzən təhqirlərə də yol verirlər. Bu sahədə məhdudiyyətlər yoxdur...».

Şərhləri göstər

XS
SM
MD
LG