Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

Əlyazmalar İnstitutuna yeni direktor təyin olundu


Teymur Kərimli
Teymur Kərimli
-
AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun icra səlahiyyətləri dayandırılıb.

AMEA-nın saytının yaydığı xəbərə görə, bununla bağlı qərar Rəyasət Heyətinin fevralın 12-də keçirilmiş iclasında qəbul olunub.

Xəbərdə vurğulanır ki, direktor səlahiyyətinə Paşa Kərimovun öz xahişi əsasında xitam verilib.

Rəyasət Heyətinin digər bir qərarı ilə institutun direktoru və Elmi şurasının sədri vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.

Teymur Kərimli filologiya elmləri doktoru, ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçidir.

Teymur Kərimli 1953-cü ildə Ordubad rayonunun Nürgüd kəndində doğulub.
BDU-nun filologiya fakültəsini bitirib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

Nizami Gəncəvi yaradıcılığından namizədlik və doktorluq dissertasiyası müdafiə edib.
2010-cu ildə «Heydər Əliyev və klassik ədəbiyyat» araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub.

2007-ci ildən AMEA-nın müxbir üzvüdür.

30 ildən çoxdur ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, institutun elmi işlər üzrə direktoru və müxtəlif illərdə direktor vəzifəsinin icraçısı işləyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG