Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06

Azərbaycanda hərbi xidmətə çağırış yaşının artırılması nəzərdə tutulmur


“Azərbaycanda hərbi xidmətə çağırış yaşının artırılacağı ilə bağlı yayılan məlumatlar söz-söhbətdir”.

Bunu APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov deyib.O bildirib ki, bu məsələ qanunvericiliklə tənzimlənir və bununla bağlı Dövlət Xidməti tərəfindən elə bir bir təklif olmayıb.

Qeyd edək ki, bundan əvvəl çağırış yaşının 18-dən 19-a və ya 20-yə qaldırılmasının müzakirə edilməsi ilə bağlı məlumatlar yayılıb. Buna səbəb kimi isə 18 yaşlı gənclərin fiziki və psixoloji baxımdan hərbi xidmətə hazır olmaması göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG