Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:14

Xaricdə təhsilin prioritet ixtisas istiqamətləri açıqlanıb


-
Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil ala biləcəyi ali təhsil müəssisələrinin siyahısını və prioritet ixtisas istiqamətlərini açıqlayıb.

Siyahıda dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsinin adı var. Əvvəlki illərlə müqayisədə siyahıların daha tez təsdiq olunması əksər xarici ali təhsil müəssisələrinə tələbələrin qəbulu prosesinin təqvim ilinin əvvəlində aparılmasıdır. Bu səbəbdən Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq niyyətində olan gənclərə ali təhsil müəssisələrinin seçimində yardımçı olmaq məqsədi daşıyır. Siyahı qüvvəyə minənədək, yəni 10 fevral 2014-cü il tarixinə qədər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər üçün 2013-2014-cü tədris ili üzrə təsdiq edilmiş siyahı etibarlı hesab ediləcək.

Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Təhsil Nazirliyinə şəxsən və ya poçt vasitəsilə təqdim etməməsi xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaq.

İxtisas istiqamətləri isə bunlardır – baytarlıq; biologiya; fizika; iqtisadiyyat; informasiya texnologiyaları; kənd təsərrüfatı; kimya; klassik Avropa musiqisi; qədim dillər; mühəndislik; nanotexnologiyalar; neft sənayesi; riyaziyyat; təhsilin təşkili və idarəolunması; biznesin idarəolunması; insan resurslarının idarəolunması; tibb; turizm və digər.

Günün bütün mövzuları

XS
SM
MD
LG