Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:33
Avropa Parlamentinin (AP) üzvləri keçmiş ABŞ casusunun təhlükəsizliyinə dair hesabata düzəliş edilməsi məsələsində razılığa gələ bilməyiblər.

Hazırda gündəlikdə olan hesabat Edward Snowden-nin adı çəkilmədən “sirr faş edənlərin” beynəlxalq mühafizəsinə çağırır.

Beləliklə, AP Avropa İttifaqı ölkələrini Edward Snowden-nin təhlükəsizliyinə qarantiya verməyə çağıran müddəanı hesabatdan çıxarıb.

Parlamentin vətəndaş azadlıqları komitəsi Amerrika və Britaniya kəşfiyyatlarının adları ilə bağlı qalmaqallara həsr edilmiş 60 səhifəlik hesabata 500 düzəliş edilməsinə dair səsvermə keçirilməsini təklif edib.

Lakin hazırda Rusiyaya sığınmış Amerika casusu bu ölkədən çıxarsa, Avropada onun təhlükəsizliyinə təminat verən düzəliş səsvermə siyahısına salınmayıb.

Bu düzəlişin təşəbbüskarı olan Yaşıllar Partiyası bəyan edib ki, bütün bu hesabat Snowden-ə görə hazırlanıb və indi onun adının bu sənəddə olmaması absurddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG