Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:52
Britaniyanın üç əsas partiyası – hakim koalisiyaya daxil mühafizəkarlar və liberal demokratlar, həmçinin müxalif leyboristlər müstəqil Şotlandiya ilə hər hansı “valyuta ittifaqı”nın qarşısını almaq barədə razılığa gəliblər.

Parlamentə daxil bu üç partiya bu barədə bağlanmış siyasi paktı cümə axşamı elan edəcək.

Xəbər verilir ki, London Şotlandiyanın müstəqilliyinə can atan SNP partiyasını iqtisadi arqumentdən məhrum etmək istəyir.

Şotlandiya birinci nazirinin müavini Nicola Sturgeon Londonun bu xəbərdarlığının əks-nəticə verəcəyini söyləyib və üç partiyanın bəyanatını “blef” və “şantaj” adlandırıb.

Şotlandiya millətçiləri sentyabrın 18-də keçiriləcək referendumda əyalətin Britaniyadan ayrılması barədə səs çoxluğu əldə ediləcəyi təqdirdə, yeni ölkənin iqtisadi sabitliyinin qorunması naminə funt sterlinqdən istifadəni davam etdirmək ümidindədirlər.

Britaniyanın maliyyə naziri George Osborne qətiyyətlə bildirib ki, Britaniyadan ayrılarsa, Şotlandiya pulsuz qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG