Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:04

Cənubi Afrika Respublikasında kütləvi məzarlıq aşkar edilib


Seleka qiyamçıları
Seleka qiyamçıları
Cənubi Afrika Respublikasında müsəlman Seleka qiyamçılarının nəzarətində olan Banquy hərbi düşərgəsində kütləvi məzarlıq aşkar edilib.

Afrika İttifaqı sülhyaradıcıları tərəfindən tapılmış məzarlıq barədə şərh verən BMT xəbərdarlıq edib ki, Mərkəzi Afrika Respublikası (MAR) dini-etnik təmizləmə kampaniyasına yuvarlana bilər.

Kütləvi məzarlığın tapıldığı məntəqəyə səfər edən BMT-nin qaçqınlarla iş üzrə ali baş komissarı Antonio Guterres MAR-da ötən ilin martından bəri pozulmuş sabitliyin bərpası üçün ölkəyə kütləvi şəkildə beynəlxalq sülhyaradıcı qüvvələrin gətirilməsinə çağırıb.

Michel Djotodia yanvarda prezidentlikdən istefa verdikdən sonra ölkəni qarət, zorlama və qətllər dalğası bürüyüb, xristian silahlılar müsəlman əhali üzərinə kütləvi basqınlar edərək, on minlərlə müsəlmanı öz evlərindən didərgin salıblar.

Cənab Guterres jurnalistlərə bildirib ki, bu ölkədə kütləvi etnik təmizləmə prosesi gedir.
XS
SM
MD
LG