Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:11
-

Amerikada andlılar New Orleans şəhərinin sabiq meri Ray Nagin-i korrupsiyada təqsirkar bilib. Məhkəmənin nə hökm çıxaracağı isə hələ bəlli deyil.

2005-ci ildə Katrina qasırğasının dağıtdığı şəhərin meri olmuş, ümumilikdə bu vəzifədə 8 il çalışmış Nagin özəl şirkətlərə milyonlarla dollar məbləğində kontraktlar verib əvəzində rüşvət almaqda, pulsuz səfər və başqa hədiyyələr qəbul etməkdə günahkar bilinib.

57 yaşlı demokrata qarşı irəli sürülmüş maddələrin çoxu 20 ilə qədər cəza nəzərdə tutur.

Nagin həm də Katrina qasırğasından sonra emosional çıxış edib hamını New Orleans-a yardım göndərməyə çağırması ilə yadda qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG