Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39
-

“Hədəf” nəşriyyatı Bakıda yeni dükan açır.

Dükan 28 May metrosunun yaxınlığında (Puşkin 26A. Ak Centr 2-ci mərtəbə) 380 kv. metrlik məkanda yerləşir.


“Azərbaycanın ən böyük kitab marketi” adına iddialı dükan Kitabevim.az adlanır və açılışı martda olacaq..

Dükanda kitab satışı ilə yanaşı kitab təqdimatları, müzakirələr keçiriləcək, çay, kofe veriləcək.

Dükanda oturub kitab oxumaq olar. Bundan başqa masaların üzərində i-Pad-lar olacaq, pulsuz Wi-fi-la təmin ediləcək.

Kitabevim.az mağazasında daimi müştərilər üçün güzəşt kartları olacaq.

Azərbaycanda tapılmayan kitabları sifariş etmək olar.

Bu, nəşriyyatın ikinci dükanıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG