Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

Əjdər Olun «Xarabalıq» şeiri Milanda italyanca səsləndi


Əjdər Ol
Əjdər Ol
-
Milanın tarixi abidəsi sayılan Palatso Marinoda «Azərbaycanın müasir poeziyası» kitabının təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, kitabda müasir Azərbaycan şairlərinin ana dilində və italyancaya çevrilmiş şeirləri toplanıb.

Kitabda Qulu Ağsəs, Əjdər Ol, Zakir Fəxri, Həyat Şəmi, Ədalət Əsgəroğlu, Elşad Ərşadoğlu, Tofiq Abdin, Vaqif Bəhmənli, Feyziyyə, Laçın Məmişov, Bəsti Əlibəyli, Rafael Tağızadə, Elçin Mirzəbəyli, Sevinc Mürvətqızı, Rəşad Məcid, Məmməd Araz, Fikrət Qocanın şeirləri yer alıb.

Kitab İtaliyada fəaliyyət göstərən «Azəri» Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev, Cüzeppe Verdi adına Konservatoriyanın professoru, bəstəkar Davide Qualtyeri və bu ölkənin tanınmış türkşünaslarından biri olan professor Campyero Bellincerinin təşəbbüsü ilə «Pagine» nəşriyyat evində çapdan çıxıb.

Tədbirdə Azərbaycandan gələn musiqiçilər muğam parçaları oxuyub, ölkənin milli musiqi alətləri haqqında bilgilər verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan D.Qualtyeri şair Əjdər Olun kitabda dərc olunan Qarabağa həsr edilmiş «Xarabalıq» şeirini italyan dilində söyləyib.

Tədbirdə Milan şəhər meriyasının, ölkə ictimaiyyətinin təmsilçiləri və Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları iştirak edib.

Azərbaycan Yazıçılar Birliyinin yaydığı xəbərə görə, fevralın 13-ü saat 14-də Milanda çap olunmuş kitabın «Natəvan» klubunda da təqdimatı keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG