Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:39
-
«İcra hakimiyyətindən deyirdilər ki, «nə istəyirsiniz axı? Biz yuxarı orqanlara, Prezident Administrasiyasına tabeyik. Nə göstərirlər, onu da yerinə yetiririk. Heç bir təlimat yoxdur». Hüquq şöbəsinin müdiri deyirdi ki, «açıq qapı forumu nə olan şeydir, mənə izah edin»».

Şirvan rayonundan gələn Kazım Kazımlı bölgədə açıq hökumətin aktivləşdirilməsinə dair monitorinqdən danışarkən həmin sözləri dilə gətirir. Sözügedən monitorinqi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı ötən ilin avqustundan dekabrınadək aparıb. Beləcə, Lənkəran, Salyan, Neftçala və Şirvanda Açıq Hökumət Təşəbbüslərinin yerli səviyyədə necə tətbiqini tapması qiymətləndirilib.

«İCTİMAİ ŞURALAR YARADILMAYIB»

Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, hökumət milli fəaliyyət planında 9 istiqamətdə öhdəlik götürüb:

«Onların hətta indikatorları da təyin olunub. Cavabdeh dövlət qurumları da müəyyənləşdirilib. Biz 9 istiqamətdən yalnız 2-ni götürdük – dövlət orqanlarının fəaliyyətində ictimai iştirakçılıq səviyyəsinin müəyyənləşdirilməsi və dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmasının qiymətləndirilməsi».

Monitorinq yerli dövlət qurumları nəzdində ictimai şura və ya əməkdaşlıq şəbəkələrinin yaradılmadığını üzə çıxarıb. Müsbət addımlar göz önündədir – yerli icra hakimiyyəti orqanlarının elektron ünvanları var, internetdən yararlanmaqla elektron müraciətlər mümkündür. Ancaq əksər rayonlarda icra hakimiyyətinə yaxın bircə mətbuat orqanı var, vəsaitlərin təyinatı və həcmi, kommunal xidmət haqlarının həcmi və s. bilgilərə ictimaiyyətin əli çatmır.

««AÇIQ QAPI GÜNÜ» FORUMLARI KEÇİRİLMƏYİB»

Milli Fəaliyyət Planında yerli hakimiyyət orqanlarının sakinlərlə «Açıq qapı» və ya «Açıq mikrofon» forumlarının keçirilməsi nəzərdə tutulub. Respondentlərin 86 nəfəri, yaxud 53.7 faizi bildirib ki, bu tip görüşlər ümumiyyətlə keçirilmir.

Sorğuya bütövlükdə 200 nəfər, o sıradan 40 ictimai-siyasi fəal, 160 sakin qatılıb. Rövşən Ağayev

Rövşən Ağayev

Əhalinin Açıq Hökumət Təşəbbüsləri barədə nə dərəcədə məlumatlı olması, bu təşəbbüslərin reallaşdırılmasının insanların həyatına töhfəsi, vətəndaşların və yerli ictimai-siyasi qurumların bu prosesə cəlbolunma dərəcəsi öyrənilib.

«Hələ keyfiyyəti kənara qoyuruq. Dövlət hakimiyyət orqanı açıq mikrofon görüşləri keçirirsə, hədəfləri olmalıdır. Tutaq ki, mən rayon icra başçısı kimi görüşə gedərkən qarşıma məqsəd qoyuram ki, hansısa kənd ərazisində insanlardan informasiya toplayıb qərar qəbul edəcəyəm. Biz onu da təhlil etdik ki, görüşləri keçiriblər, 50 təklif olub. Bir il ərzində həmin təkliflərin həlliylə bağlı heç bir real addım atılmayıb» – iqtisadçı-ekspert Rövşən Ağayev belə deyir.

TÜRKİYƏ İLÇƏSİNİN AZƏRBAYCANDAKI RAYONDAN FƏRQİ

İqtisadçı bu günlərdə «facebook» səhifəsində Türkiyədə Kalkınma Bakanlığının (İnkişaf Nazirliyi) 2013-cü il hesabatındakı məlumatları paylaşmışdı. Həmin hesabatda nazirlik ofisinin sahəsindən tutmuş, xidməti avtomobillərin, bilgisayar və kitabxanadakı kitabların və istinad materiallarının sayı göstərilib.

Rövşən Ağayev bildirir ki, Türkiyənin bir ilçəsinin (rayon) 150 səhifəlik hesabatında ora haqqında detallı informasiya verilir. Azərbaycanda isə dövlət orqanlarının hesabat dediyi sənədlər bir məruzədən götürülən ümumi məlumatlardır:
Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev


«Regionda sərf olunan ictimai vəsaitin təyinatı və həcmiylə bağlı nə internet saytlarında, nə qəzetlərdə məlumat almaq mümkün deyil. Ayrı-ayrı dövlət qurumlarının büdcə xərcləmələri – icra hakimiyyətinin, təhsil şöbəsinin xərcləmələri barədə məlumatlar insanlara yuxu kimi gəlir. İnsanların da xəbəri yoxdur, bu tip məlumatlar nə internetdə, nə də qəzetlərdə verilir».

«TÖVSİYƏLƏRİ DAHA YUXARILARA GÖNDƏRMƏK LAZIMDIR»

Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev tövsiyələri daha yuxarı orqanlara göndərməyi təklif edir:

«Bu təkliflər daha yuxarıya verilməlidir. Çünki bir çox qərarları bizim icra hakimləri yuxarıdan gözləyir. Halbuki əsasnamədə göstərilib ki, özləri də təşəbbüslə çıxış edə bilərlər».

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına 2012-ci ildə qoşulub və Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planını qəbul edib. Həmin planda 4 istiqamət müəyyənləşdirilib: Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması; hesabatlılığın təmin edilməsi; ictimaiyyətin iştirakının genişləndirilməsi; yeni texnologiyaların tətbiqi.

Şərhləri göstər

XS
SM
MD
LG