Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:50

Beynəlxalq axtarışda olan daha bir Azərbaycanlı Əfqanıstanda öldürülüb


Foto arxiv
Foto arxiv
Azərbaycanın beynəlxalq axtarışa verdiyi daha bir şəxsin Əfqanıstanda öldürüldüyü bildirilir.Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Əfqanıstandakı silahlı qrupun tərkibində vuruşan Şəki sakini, 39 yaşlı Müşfiq Bayramov koalisiya qüvvələri tərəfindən öldürülüb.

İnterpolun məlumatına görə, M. Bayramov Azərbaycan, rus və puştu dillərini bilirmiş. O, Azərbaycandan kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılması, onların silahlandırılması və qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunurmuş.

Qeyd edək ki, APA agentliyi bundan əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayıb.
XS
SM
MD
LG