Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03
Suriya müxalifəti ölkədəki 3 illik münaqişənin həlli ilə bağlı plan təklif edib.Plan Cenevrədə keçirilən sülh danışıqlarında BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə elçisi Lakhdar Brahimi və Suriyanın hökumət nümayəndələrinə təqdim edilib.

Reutersin məlumatına fgörə planda BMT-nin nəzarətində olacaq atəşkəs rejimini müşahidə etmək üçün keçid hakimiyyəti yaradılması nəzərdə tutulur.

Suriyanın hökumət nümayəndələri isə istənilən məsələnin müzakirəsindən əvvəl terrorçuluqla mübarizənin müzakirə edilməsini təkid edirlər.

3 ildir ki, davam edən Suriya münaqişəsində 100 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG