Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:17
-
Fevralın 20-dən 25-dək Bakıda “28 Cinema”da “Kapital Bank” ASC-nin dəstəyi ilə “Mosfilm” həftəsi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin “Kapital Bank”ın mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, film həftəsi “Mosfilm” kinostudiyasının yaradılmasının 90 illiyinə həsr olunacaq.

Xəbərdə deyilir ki, “Mosfilm”in istehsalı olan ekran əsərləri ilk dəfə “28 Cinema”da böyük ekranda nümayiş etdiriləcək.

“Mosfilm” həftəsinin proqramına əsasən, fevralın 20-də “28 Cinema”nın 3 nömrəli zalında mətbuat konfransı, 5 nömrəli zalında film həftəsinin təntənəli açılış mərasimi olacaq.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin və “Mosfilm” kinostudiyasının nümayəndələri çıxış edəcəklər.

Həmin gün “Sevgi və göyərçinlər” (“Lyubov i qolubi”) filmi göstəriləcək.

Kinosevərlərə həftə ərzində “Uğur centlmenləri” (“Centlmenı udaçi”), “İvan Vasilyeviç peşəsini dəyişir” (“İvan Vasilyeviç menyayet professiyu”), “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” (“Kafkazskaya plennitsa, ili novıye prikluçeniya Şurika”), “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”), “İşdə eşq macərası” (“Slujebnıy roman”) və “Brilyant əl” (“Brilliantovaya ruka”) filmləri nümayiş etdiriləcək.

Nümayişlər pulsuzdur və arzu edənlər biletləri kinoteatrın kassalarından əldə edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG