Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

Məşğulluq xidməti min nəfərdən çox adamı işlə təmin edib


-
Dövlət Məşğulluq Xidməti sosial müdafiəyə xüsusi ehtiyacı olan 1019 nəfəri kvota üzrə iş yerləri ilə təmin edib.

Bu barədə fevralın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlardan 207 nəfərini əngəlli, 228 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 216 nəfərini 20 yaşadək gənclər, 215 nəfərini qaçqın və məcburi köçkünlər, 38 nəfərini müharibə veteranları, 32 nəfərini şəhid ailələri, 21 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar və digərləri təşkil edib.

Nazirlər Kabinetinin qərarına görə, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin siyahının sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG