Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:08

İlham Əliyev: «Bizi... bir çox layihələr birləşdirir»


Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi - 12 fevral 2014

Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi - 12 fevral 2014

-
Fevralın 12-də Azərbaycana rəsmi səfərə gələn Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə görüşündə Azərbaycan prezidenti ona bu səfərin önəmindən söz açıb:

«Sizin səfərinizin xalqlarımız və ölkələrimiz arasında gələcək qardaşlıq, dost münasibətlərin inkişafı üçün əhəmiyyəti böyükdür. Bizi tarix, birgə yaşayış birləşdirir. Biz sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərə dair qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardıq. Əminəm ki, gələcəkdə qarşılıqlı maraq doğuran əməkdaşlığın potensialını genişləndirəcəyik. Gürcüstan bizim üçün qardaş, yaxın ölkədir. Qonşu, tərəfdaş, dostdur. Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət, dinamik olacaq. Bizi həm regional, həm də qlobal xarakterli bir çox layihələr birləşdirir».

İlham Əliyev bildirib ki, səfər iki ölkə arasında münasibətlərin strateji səviyyəsini təsdiqləyir və istər Azərbaycan, istərsə Gürcüstan ərazi bütövlüyünə aid məsələlərdə bir-birini dəstəkləyir. Onun sözlərinə görə, hər iki ölkə iqtisadi sahədə, ticarət dövriyyəsinin artırılması istiqamətində fəal iş aparır. Qarşılıqlı investisiyaların qorunması, sərmayə mühitinin inkişaf etdirilməsi ilə bağlı eyni mövqenin sərgilənməsi də diqqət çəkir.
İlham Əliyevin və Giorgi Margvelashvili-nin təkbətək görüşü - 12 fevral 2014

İlham Əliyevin və Giorgi Margvelashvili-nin təkbətək görüşü - 12 fevral 2014


«BİZ TƏRƏFDAŞLARIN REGİONAL VƏ QLOBAL SƏVİYYƏDƏ NECƏ ƏMƏKDAŞLIQ ETDİYİNİ GÖSTƏRİRİK»

Gürcüstan prezidenti də səfərə böyük önəm verdiyini vurğulayıb:

«Azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz şəxsi münasibətlərə xüsusi hisslərlə yanaşırıq. Ölkələrimiz xüsusi əməkdaşlığın presedentini, imkanların inkişafı üçün nümunəvi əməkdaşlığın mümkünlüyünü yaradırlar. Görüş zamanı siz bizim birgə inkişaf etdirdiyimiz və artıq tarixi əhəmiyyəti olan istiqamətlər barədə düzgün qeydlər etdiniz. Bu imkanlar regionda və regiondan kənarda yaşayan xalqlara tarixi imkanlar yaradır. Biz imkanlar yaradırıq, biz bu imkanları birgə qururuq, biz əməkdaşlığımızın bu cür səviyyəsindən çox məmnunuq. Yalnız indiki dövrdə yox, gələcəkdə də bu əməkdaşlıq inkişaf edən, yeni layihələr, regionda yeni dinamika yaradan əməkdaşlıq kimi görünür».

Gürcüstan prezidenti «tərəfdaşların regional və qlobal səviyyədə necə əməkdaşlıq etdiyini göstəririk» deyərək, iki ölkə arasındakı əməkdaşlığın müstəsna xarakter daşıdığını bildirib.
Hüseynbala Səlimov

Hüseynbala Səlimov


«MÜNASİBƏTLƏR ƏVVƏLKİ KİMİ İSTİ OLACAQ»

Politoloq Hüseynbala Səlimov deyir ki, Giorgi Margvelashvili-nin Azərbaycana səfəri keçən ilin sonlarında gözlənilirdi. Gürcüstan prezidentinin səfərinin müəyyən mənada tanışlıq xarakteri daşıdığını söyləyən politoloq bu qonşu ölkələr arasında münasibətlərin dəyişməyəcəyini söyləyib:

«Axı qarşılıqlı faydalanmaq imkanları var. Gürcüstan Azərbaycanın qatıldığı böyük layihələrdən fayda və divident götürür. O ki qaldı şəxslər arasındakı münasibətlərə, təbii ki, Saakashvili dövründə daha isti münasibətlər formalaşmışdı. İstisna etmirəm ki, indiki prezidentlə də Azərbaycan prezidenti arasında normal münasibətlər formalaşacaq. Gürcüstana Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Münasibətlərin perspektivinə gəlincə, radikal demokrat imici qazanan, Rusiya ilə münasibətlərdə çox kəskin mövqe tutan Saakashvili ilə Azərbaycan arasında çox isti münasibətlər qurulmuşdusa, bu münasibətlər daha mötədil, bir qədər mülayim siyasi xətt yürüdən Margvelashvili ilə də qurulacaq və inkişaf edəcək».

Gürcüstan prezidenti Azərbaycanın bölgələrinə gedərkən gürcü icması ilə də görüşəcək.

Şərhləri göstər

XS
SM
MD
LG